Ukrayna Trampın Nobelə namizədliyini verməkdənimtina edib

Ali Rada ABŞ prezidenti Donald Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürmək üçün lazımi səsləri toplaya bilməyib. Bu barədə Ukraynanın “Strana” nəşri məlumat dərc edib.
"Radada Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürmək istəyən kifayət qədər adam yox idi”, - nəşr yazır.
Qeyd olunur ki, müvafiq qətnaməni cəmi 132 deputat dəstəkləyib. Oktyabrın 10-da Nobel Komitəsi Donald Trampın çoxdan arzuladığı Sülh Mükafatının qalibini elan edəcək. Ağ Evə qayıtdıqdan sonra siyasətçi mükafatı qazanmaq arzusunu dəfələrlə dilə gətirib və buna görə də özünü sülhməramlı kimi göstərmək üçün səylər göstərib.
Son xəbərlər
Daha çox 