• $ 1.7
  • € 1.9672
  • ₽ 0.020995
  • ₺ 0.0402
  • £ 2.232

Ermənistanda 10-a yaxın din xadimi istintaqa çağırılıb

Ermənistanda 10-a yaxın din xadimi istintaqa çağırılıb
13.11.2025 16:43

Ermənistanın İstintaq Komitəsində bu gün iki din xadimi – keşişlər Yeqişe Barseqyan və Muşe Vaqanyan dindirilib. Bu barədə  Ermənistan KİV Vaqanyanın vəkili Armine Fanyana istinadən məlumat verib.

“Bu gün keşişləri diskriminasiya və yığıncaqlarda iştirak etməyə məcbur etmə ilə bağlı cinayət işi çərçivəsində dindirməyə çağırıblar”, – vəkil bildirib.

Onun sözlərinə görə, hər iki keşiş şahid qismində ifadə verib.

Fanyan əlavə edib ki, İstintaq Komitəsi tərəfindən daha 10-a yaxın din xadiminə, o cümlədən Araqasotn yeparxiyasının keşişləri Vrtanes Baqalyan, Zorayr Karapetyan və digərlərinə də bildiriş göndərilib.

Oktyabrda mətbuatda 2023-cü ilə aid səs yazısı yayılmışdı. Həmin yazıda katolikos II Qareginin keçmiş əsa daşıyıcısı Aqan Ernjakyan, Eçmiədzinin Xarici əlaqələr və protokol departamentinin direktoru arxiyepiskop Natan Ovannisyanla söhbətində, katolikosun onu hökumət əleyhinə nümayişlərdə iştirak etməyə məcbur etdiyindən şikayət edirdi.

Oktyabrın 17-də isə bu qalmaqallı səs yazısı ilə bağlı cinayət işi açıldığı bildirilib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Pavel Durova qoyulan məhdudiyyətlər qaldrılıb
Dünya 17:52
Pavel Durova qoyulan məhdudiyyətlər qaldrılıb
BBC Trampdan üzr istəyə bilər
Dünya 17:07
BBC Trampdan üzr istəyə bilər
Ermənistanda 10-a yaxın din xadimi istintaqa çağırılıb
Dünya 16:43
Ermənistanda 10-a yaxın din xadimi istintaqa çağırılıb
Paşinyan parlament sədri Simonyanı danlayıb - VİDEO
Dünya 16:25
Paşinyan parlament sədri Simonyanı danlayıb - VİDEO
Türkiyə təyyarəsinin fraqmentlərinin ekspertizası aparılır-Gürcüstan DİN
Dünya 14:12
Türkiyə təyyarəsinin fraqmentlərinin ekspertizası aparılır-Gürcüstan DİN
İstanbulda zəlzələ olub
Dünya 13:32
İstanbulda zəlzələ olub
Windows süni intellekt əsaslı əməliyyat sisteminə çevriləcək
Dünya 09:15
Windows süni intellekt əsaslı əməliyyat sisteminə çevriləcək
Çin alimləri ilk dəfə bitkilərdə nadir torpaq metalları aşkar ediblər
Dünya 09:14
Çin alimləri ilk dəfə bitkilərdə nadir torpaq metalları aşkar ediblər
Trampın rüsumları “Qara cümə” ənənələrini sarsıdıb
Dünya 08:51
Trampın rüsumları “Qara cümə” ənənələrini sarsıdıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol