• $
  • €
  • ₽
  • ₺
  • £

"Airbus A320" təyyarələrində radiasiya problemi aradan qaldırılıb

"Airbus A320" təyyarələrində radiasiya problemi aradan qaldırılıb
30.11.2025 11:22

Dünyanın müxtəlif hava yolları "Airbus A320" təyyarələrində Günəş radiasiyasına bağlı zəifliyi tez bir zamanda aradan qaldırmağın yolunu tapıblar.Bu barədə "Bloomberg" məlumat yayıb.

"Airbus" şirkətinin açıqlamasına görə, nasazlıq hündürlüyün hesablanmasına cavabdeh proqram təminatının bir hissəsinə təsir göstərib. Yüksək hündürlüklərdə intensiv Günəş radiasiyası məlumatları təhrif edə bilər və bunun nəticəsində geniş yayılmış uçuş gecikmələri və ləğvlər baş verə bilər.

Təxminən 6000 A320 ailə təyyarəsi bu problemə məruz qalıb. Təyyarələrin elektron idarəetmə sistemi idarəetmə və uçuşa nəzarət komponentləri arasında birbaşa mexaniki əlaqə olmadan işləyir və bütün pilot əmrləri kompüter vasitəsilə həyata keçirilir.

"Airbus" və Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin fövqəladə göstərişindən 24 saat keçməmiş, "A320" təyyarələrinin ən böyük operatorları – "American Airlines", "IndiGo" və "easyJet" – donanmalarını əvvəlki proqram təminatı versiyasına geri qaytarıblar. "American Airlines" bildirib ki, texniki komandası bir gecədə işləyərək 209 təyyarədən yalnız dördündə texniki xidmət tələb olunacağını müəyyən edib.

Mənbələr qeyd edir ki, proqram təminatının əvvəlki versiyasına qayıtmaq təxminən 2-3 saat çəkir, lakin minə qədər köhnə təyyarənin avadanlıqlarının tam təkmilləşdirilməsi tələb oluna bilər. Bu zaman həmin təyyarələr müvəqqəti olaraq istismardan çıxarılacaq.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
В Азербайджане впервые пройдет чемпионат Европы по баскетболу
Dünya 18:02
В Азербайджане впервые пройдет чемпионат Европы по баскетболу
SEPAH: Qeşm adası üzərində ABŞ-yə məxsus PUA vurulub
Dünya 17:47
SEPAH: Qeşm adası üzərində ABŞ-yə məxsus PUA vurulub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol