Çin raketi "Shi jian-28" eksperimental peykini orbitə çıxarıb

"Changzheng-7A" ("Böyük yürüş-7A") daşıyıcı raketi bazar günü "Shi jian-28" eksperimental peykini uğurla orbitə çıxarıb.Bu barədə "China Daily" məlumat verib.
Raketin buraxılışı Haynan adasındakı Vençan kosmodromundan Pekin vaxtı ilə 20:20-də (Bakı vaxtı ilə 16:20-də) həyata keçirilib. Peyk daşıyıcıdan ayrıldıqdan sonra uğurla nəzərdə tutulan orbitə çıxıb.
Cihaz əsasən, kosmik mühitin tədqiqi, eksperimentlərin aparılması və müxtəlif texnologiyaların sınaqdan keçirilməsi üçün istifadə olunacaq.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Son xəbərlər 
Daha çox 






















