Türkiyədə zəlzələ olub
Türkiyənin Dənizli əyalətinin Buldan rayonunda 5,1 maqnitudalı zəlzələ baş verib.Bu barədə AFAD məlumat yayıb.
Bildirilib ki, zəlzələ yerin təxminən 7 kilometr dərinliyində baş verib.
Yeraltı təkanlar 09:21 radələrində (Bakı vaxtı ilə 10:21-də) baş verib və ölkənin cənub bölgəsindəki qonşu rayonlarda da hiss olunub.
Zərərçəkənlər və dağıntılar barədə məlumat daxil olmayıb.