• $
  • €
  • ₽
  • ₺
  • £

İranın Azərbaycandakı səfirliyi bəyanat yaydı

İranın Azərbaycandakı səfirliyi bəyanat yaydı
02.12.2013 17:57
İranın Azərbaycandakı səfirliyi “Azərbaycan Respublikasının ərazisində baş vermiş sərhəd insidenti” ilə əlaqədar açıqlama yayıb.
Səfirliyin mətbuat xidmətindən verilən məlumata görə, diplomatik nümayəndəliyin mətbuat şöbəsinin rəhbəri Seyid Məhəmməd Ayətullahi dekabrın 1-də Azərbaycan sərhədçiləri ilə sərhəd pozucuları arasında baş vermiş insidentlə bağlı yayılmış xəbərlərə münasibət bildirərkən deyib ki, Azərbaycan Dövlət Sərhəd Xidmətinin mətbuat xidməti tərəfindən yayılan xəbərdə deyildiyi kimi, son insident Azərbaycanın ərazisində baş verib və qeyd olunan tarixdə İranla sərhədində heç bir hadisə baş verməyib.
 
Səfirliyin mətbuat şöbəsinin rəhbəri əlavə edib ki, bu hadisə haqqında heç bir İran rəsmisi fikir bildirməyib və bəzi KİV-də İran İslam Respublikasının Sərhəd Komandanlığının rəhbəri general Hüseyn Zülfüqariyə istinadən yayılan fikirlər həqiqəti əks etdirmir.
 
Qeyd edək ki, dekabrın 1-də saat 19:30 radələrində Lənkəran Sərhəd Dəstəsinin xidməti ərazisində (Lerik rayonunda) silahlı insident baş verib. Nəticədə 37 yaşlı mayor Maqsud Nağıyev həlak olub, 50 yaşlı polkovnik-leytenant Azər Şəfiyev və 29 yaşlı Vüqar Vahabov isə yaralanıblar. İnsidentdən sonra Lənkəran Rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına məxsus təcili yardım maşını Lerikə gedərək yaralıları Lənkəran Mərkəzi Rayon Xəstəxanasına gətiriblər.
ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol