• $
  • €
  • ₽
  • ₺
  • £

Keçmiş müdafiə nazirinə qarşı cinayət işi qaldırıldı

Keçmiş müdafiə nazirinə qarşı cinayət işi qaldırıldı
28.11.2013 11:22
Rusiyanın keçmiş müdafiə naziri Anatoli Serdyukova qarşı “səhlənkarlıq” maddəsi ilə cinayət işi qaldırılıb.APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, sabiq nazir dövlətə 56 milyon rubl ziyan vurulması ittihamı ilə əlaqədar istintaqa çağırılıb.İstintaqın məlumatlarına əsasən A. Serdyukov nazir olarkən nazirliyin büdcəsi hesabına Həştərxan vilayətinin Krasa kəndindən “Jitnoye” qeyri-kommersiya müəssisəsinin yerləşdiyi Şkolnıy adasına avtomobil yolunun çəkilməsi üçün tabeliyindəki şəxslərə şifahi göstəriş verib. Serdyukov qərarını Müdafiə Nazirliyinin ehtiyacları üçün istirahət bazası yaratmaq niyyəti ilə əsaslandırıb. Bundan başqa, Serdyukovun göstərişi ilə “Jitnoye” bazasının ərazisində əsgərlər tərəfindən abadlıq işləri aparılıb. Əsgərlər hərbi xidmət və təlimlə məşğul olmaq əvəzinə, yaşıllaşdırma və yol çəkməklə məşğul olublar. Nəticədə hər hansı hüquqi sənədləşdirmə işləri aparılmadan sadəcə özəl obyektin sahibləri və müştərilərinin faydalandığı yol inşa edilib və dövlətə 56 milyon manatdan çox ziyan vurulub. “Jitnoye” istirahət bazası Volqa çayının deltasında yerləşir və A. Serdyukovun yeznəsi Valeri Puzikova məxsusdur. ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Misirdə yanacaq daşıyan yük maşını qəzaya uğrayıb, 21 nəfər ölüb
Dünya 23:16
Misirdə yanacaq daşıyan yük maşını qəzaya uğrayıb, 21 nəfər ölüb
Hörmüz boğazında gəmi dəniz minasına düşüb, partlayış baş verib
Dünya 20:37
Hörmüz boğazında gəmi dəniz minasına düşüb, partlayış baş verib
Tokayev Moskvaya səfər edib
Dünya 18:19
Tokayev Moskvaya səfər edib
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Dünya 10:22
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol