• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərbaycanlılar miqrant kimi özlərini çox yaxşı aparırlar”

“Azərbaycanlılar miqrant kimi özlərini çox yaxşı aparırlar”
27.11.2013 16:30
“Moskvanın Qərbi Biryulevo rayonunda baş verən hadisələrdən sonra Rusiyadan deportasiya olunan azərbaycanlıların sayı elə də çox deyil”. Bunu APA-nın Moskva müxbirinə açıqlamasında Rusiya Federal Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Vladimir Volox deyib. Onun sözlərinə görə, Qərbi Biryulevo rayonunda baş verən hadisələrdən sonra saxlanılan Azərbaycan vətəndaşlarının sayı çox olub: “Lakin digər ölkələrdən olan miqrantlarla müqayisədə Azərbaycandan olan miqrantların sənədləri qaydasında olub. Polis və Federal Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən saxlanılan azərbaycanlıların əksəriyyəti sərbəst buraxılıb. Konkret rəqəmlər olmasa da, ümumilikdə Rusiyadan deportasiya olunan Azərbaycan vətəndaşlarının sayı digər MDB ölkələri ilə müqayisədə çox azdır”. Rusiyada yaşayan azərbaycanlıların miqrant kimi özlərini normal apardığını söyləyən V.Volox KİV-də nümayiş olunanların uzağı görməyən adamların əməli olduğunu bildirib: “Azərbaycanlılar miqrant kimi özlərini çox yaxşı aparırlar. Federal Miqrasiya Xidməti yanında İctimai Şura Azərbaycan diaspor təşkilatları ilə daim əlaqədədir. Azərbaycanın diaspor təşkilatları miqrantların Rusiya cəmiyyətinə inteqrasiyasında fəal iştirak edirlər”. V.Volox hazırda Rusiyada 11 milyon xarici vətəndaşın olduğunu söyləyib: “Bunlardan 700 min nəfəri Rusiyada daimi yaşayanlardır. Qalanlar isə qısa müddətə bura gələnlərdir. Bunların içində tələbələr və ya müvəqqəti iş dalınca gələnlər yer alırlar”. Rusiyanın miqrantlarla bağlı probleminin əsas səbəbinin idarəçiliklə bağlı olduğunu söyləyən V.Volox bildirib ki, artıq Rusiyanın miqrasiya siyasəti ilə bağlı dövlət konsepsiyası hazırlanıb və prezident Vladimir Putin tərəfindən imzalanıb: “Bu konsepsiya Rusiya dövlətinin miqrasiya strategiyasını müəyyən edəcək. Konsepsiyanın əsas məqsədi dövlətin milli təhlükəsizliyini, demoqrafik vəziyyəti, miqrantlardan istifadə etməklə sosial-iqtisadi inkişafı təmin etməkdən ibarətdir”.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol