• $
  • €
  • ₽
  • ₺
  • £

İrlandiya "Avroviziya-2027"də iştirak etməyəcək

İrlandiya "Avroviziya-2027"də iştirak etməyəcək
17.09.2026 19:12

İrlandiya İsrailin iştirakı səbəbindən 2027-ci ildə keçiriləcək “Avroviziya” mahnı müsabiqəsində iştirak etməyəcək və yarışmanı yayımlamayacaq.Bu barədə İrlandiyanın ictimai yayım şirkəti “Raidió Teilifís Éireann” (RTÉ) məlumat yayıb.

RTÉ bəyan edib ki, Qəzza zolağında davam edən humanitar böhran və mülki əhali arasında itkilər səbəbindən İrlandiyanın müsabiqədə iştirakını əsaslandırmaq mümkün deyil. Şirkət, həmçinin beynəlxalq jurnalistlərin Qəzza zolağına müstəqil girişinə qoyulan məhdudiyyətlərdən narahatlığını bildirib.

“Avroviziya”nın direktoru Martin Qrin RTÉ-nin qərarından təəssüfləndiyini, lakin bu mövqeyə hörmətlə yanaşdığını deyib. O, Avropa Yayım İttifaqının (EBU) RTÉ ilə dialoqu davam etdirəcəyini və İrlandiyanın gələcəkdə müsabiqəyə qayıdacağına ümid etdiyini bildirib.

İrlandiya 2026-cı ildə də İsrailin iştirakı səbəbindən “Avroviziya”nı boykot edən ölkələr sırasında yer alıb. Həmin il İrlandiya ilə yanaşı, Niderland, İspaniya, İslandiya və Sloveniya da müsabiqədə iştirak etməyib. Niderland 2027-ci il müsabiqəsindən də imtina etdiyini açıqlayıb.

“Avroviziya-2027” may ayında Bolqarıstanın Burqas şəhərində keçiriləcək. 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol