• $
  • €
  • ₽
  • ₺
  • £

Atlantada oktyabrın 30-31-də G20 ölkələrinin XİN başçılarının görüşü keçiriləcək

Atlantada oktyabrın 30-31-də G20 ölkələrinin XİN başçılarının görüşü keçiriləcək
26.10.2026 20:44

ABŞ-nin dövlət katibi Marko Rubio oktyabrın 30-31-də Corciya ştatının Atlanta şəhərində G20 ölkələrinin xarici işlər nazirlərinin görüşünü keçirəcək.Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Departamentdən bildirilib ki, Prezident Donald Trampın rəhbərliyi altında ABŞ G20-ni iqtisadi artımın təşviqinə, iqtisadi təhlükəsizliyin gücləndirilməsinə və Amerika xalqının maraqlarına uyğun nəticələrin əldə olunmasına yönəltməyi hədəfləyir.

Məlumata görə, Rubio ümumi iqtisadi və təhlükəsizlik problemlərinin həlli istiqamətində praktiki əməkdaşlığı inkişaf etdirmək məqsədilə G20 ölkələrinin xarici işlər nazirlərini bir araya gətirəcək.

Görüşdə dünya iqtisadiyyatına təsir edən geosiyasi böhranlar, o cümlədən gəmiçilik azadlığına, enerji və ərzaq təhlükəsizliyinə, eləcə də qlobal tədarük zəncirlərinə təhdidlər müzakirə olunacaq.

Dövlət Departamentindən qeyd edilib ki, qlobal təhlükəsizlik və iqtisadi rifah bir-biri ilə sıx bağlıdır. Qarşıdakı müzakirələr Donald Trampın sədrliyi ilə keçiriləcək G20 liderlərinin sammitinə hazırlığın və daha geniş iqtisadi gündəliyin nəzərdən keçirilməsinin bir hissəsi olacaq.

Oxşar xəbərlər
Oxşar xəbərlər


Ukrayna Bryanska PUA hücumu edib: 2 nəfər ölüb, 6 nəfər yaralanıb
Dünya 13:47
Ukrayna Bryanska PUA hücumu edib: 2 nəfər ölüb, 6 nəfər yaralanıb

Moskvada mobil internet söndürülüb
Dünya 12:48
Moskvada mobil internet söndürülüb
İran Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib
Dünya 23:44
İran Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib
Ukraynada hərbi vəziyyət və səfərbərlik müddəti uzadılıb
Dünya 22:46
Ukraynada hərbi vəziyyət və səfərbərlik müddəti uzadılıb
“Hizbullah” İsraillə yeni müharibəyə hazırlaşır - KİV
Dünya 21:16
“Hizbullah” İsraillə yeni müharibəyə hazırlaşır - KİV
Atlantada oktyabrın 30-31-də G20 ölkələrinin XİN başçılarının görüşü keçiriləcək
Dünya 20:44
Atlantada oktyabrın 30-31-də G20 ölkələrinin XİN başçılarının görüşü keçiriləcək
İranda regional təhlükəsizliklə bağlı dördtərəfli görüş keçirilib
Dünya 18:26
İranda regional təhlükəsizliklə bağlı dördtərəfli görüş keçirilib

Ukraynada hərbi vəziyyət rejimi daha üç ay müddətinə uzadılıb
Dünya 14:39
Ukraynada hərbi vəziyyət rejimi daha üç ay müddətinə uzadılıb
Nigeriyada kəndə silahlı hücum edilib, 40 nəfər həlak olub
Dünya 00:04
Nigeriyada kəndə silahlı hücum edilib, 40 nəfər həlak olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol