Ukrayna Rusiya qazından imtina edir

Ukrayna aprelin 1-dən etibarən Rusiya qazından imtina edəcək.
ANN.Az Modern.az-aistinadən xəbər verir ki, bu haqda martın 23-də keçirilən brifinq zamanı Ukraynanın energetika və kömür sənayesi naziri Vladimir Demçişin bildirib.
"Bu anda rus qazının alınması üçün heç bir ehtiyac yoxdur. Mən düşünürəm ki, biz artıq qaz almayacağıq"- deyə nazir bildirib.
Qeyd edək ki, martın 20-də Ukraynaya rus qazının verilməsi və qiymətləri ətrafında Brusseldə danışıqlar aparılıb. Danışıqlar zamanı Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı və Ukrayna-Rusiya-Aİ-nın enerji nazirləri iştirak edib.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 