"X" sosial şəbəkəsi kiçik və orta biznesləri cəlb etmək niyyətindədir - KİV

12:13 | 02.12.2023

"X" sosial şəbəkəsi kiçik və orta biznesləri cəlb etmək niyyətindədir - KİV

"X” sosial şəbəkəsi (keçmiş tviter) reklam gəlirlərini artırmaq üçün kiçik və orta biznesləri cəlb etmək niyyətindədir.

Bu  barədə "Financial Times” qəzeti yazıb.

Strategiyadakı bu dəyişikliyə səbəb böyük şirkətlərin İlon Maskın açıqlamaları ilə bağlı sosial şəbəkədə öz reklamlarını yerləşdirməkdən imtina etmələridir.

Noyabrın 30-da "X” sosial şəbəkəsinin sahibi İlon Maskın antisemit konspirologiyaları dəstəkləməsi fonunda onlarla iri brend öz marketinq kampaniyalarını dayandırıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb