Xadimə qadın 30 min pul oğurladı - Bakıda

14:47 | 13.10.2014
Xadimə qadın 30 min pul oğurladı - Bakıda

Xadimə qadın 30 min pul oğurladı - Bakıda

Bakıda qadın işlədiyi evdən külli miqdarda pul oğurlamaqda şübhəli bilinir. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, Badamdar qəsəbəsində yaşayan Anarə Məmmədova ərizə ilə Rayon Polis İdarəsinə (RPİ) müraciət edərək bildirib ki, avqustun 27-dən sentyabrın 1-dək olan müddətdə evində xidmətçilik edən Sevda adlı qadın seyfi öz açarı ilə açaraq 30 min manat oğurlayıb. Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakini 1988-ci il təvəllüdlü Sevda Allahverdiyeva tutulub. Faktla bağlı araşdırma aparılır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb