Xalq artisti: “30 ildir mənzil növbəsindəyəm"

20:30 | 22.11.2019
Xalq artisti: “30 ildir mənzil növbəsindəyəm

Xalq artisti: “30 ildir mənzil növbəsindəyəm"

"Bəstəkarlar İttifaqının katibi də olmuşam, xalq artistiyəm, ancaq bu gün ən pis ev şəraitində yaşayanlardan biri də mənəm”.

Unikal.org xəbər verir ki, Üzeyir Hacıbəylinin Ev Muzeyinin direktoru, Xalq artisti Sərdar Fərəcov APA-ya müsahibəsində dilə gətirib.

Xalq artisti bildirib ki, 50-60-cı illərdə sənət meydanına gələn bəstəkarlar 30 yaşına kimi evlə təmin olunurdular:
"70-80-ci illərdə də bu ənənə davam edirdi. Şəxsən mənim taleyim elə gətirdi ki, biz Qorbaçovun dövrünə düşdük, sistem məhv oldu və mən yalnız ev növbəsinə dura bildim. İndiyə kimi də ev növbəsindəyəm. Heç kəs də maraqlanmır ki, 30 ildir ev növbəsinə dayanmışam və müvəqqəti yaşayış yeri kimi Biləcəri qəsəbəsində, heç bir şəraiti olmayan iki otaqlı evdə yaşayıram. Bunu ara-sıra hardasa dilə gətiririk, amma baxan yoxdu”.

Sərdar Fərəcov qeyd edib ki, məsələylə bağlı dəfələrlə müraciət olunsa da, həllini tapmayıb:
"Bəstəkarlar İttifaqı ən yüksək instansiyaya belə müraciət etmişdi. Mədəniyyət Nazirliyi tərəfindən də cavab verildi ki, vaxtı çatanda mənim məsələmə baxılacaq. Biri var insanın iki-üç yerdə evi ola, oğlu, nəvəsi üçün müraciət edə, biri də var, 30 ildir növbədə ola və şəraitsiz evdə yaşaya”.

Bəstəkar problemin yaradıcılığına təsirsiz ötüşmədiyini söyləyib:
"Sən iki otağın içində yaradıcılıqla rahat şəkildə məşğul ola bilmirsən. Piano çalırsan, qonşu qapını taqqıldadır, yavaş çal. Daş divar deyil, alçipan kimi bir şeydir. Qonşu qapını döyür, bundan sonra da həvəs ölür".

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb