Xalq artisti: “Onlar amansızcasına güllələnməlidir”

10:21 | 20.11.2019
Xalq artisti: “Onlar amansızcasına güllələnməlidir”

Xalq artisti: “Onlar amansızcasına güllələnməlidir”

Kim xalqı zəhərləyirsə, o, bu xalqın düşmənidir.

Bu sözləri açıqlamasında xalq artisti Nurəddin Mehdixanlı şadlıq saraylarında insanlara köhnə yeməklərin verilməsi ilə bağlı narazılıqlardan danışarkən deyib. Onun sözlərinə görə, belə problemlərin aradan qaldırılması üçün aidiyyəti qurumlar tədbir görməlidir:

"Toyda verilən yeməklərin keyfiyyəti ilə bağlı ümumi narazılıqları çox eşitmişik. Hər halda problemlər var və müvafiq təşkilatlar bu işlə məşğul olmalıdır. Hesab edirəm ki, insanlarımızı zəhərləyənlər bu millətdən ola bilməz”.

Xalq artisti Şeyx Əbdül Mahmudov isə hesab edir ki, şadlıq saraylarında ciddi qüsurlara yol verən şəxslərə qarşı cinayət işi açılmalıdır:

"Şadlıq saraylarında bizi zəhərləyənlər ermənidirsə, əcəb edir, amma bizim millətin nümayəndəsidirsə, adam belələrinə söz tapmır! Şadıq saraylarının fəaliyyəti vaxtlı-vaxtında yoxlanılmalıdır. Fikrimcə, bu məsələ dövlət səviyyəsində həll olunmalı, xalqı zəhərləyənlərə qarşı cinayət işi açılmalıdır. Cərimə ilə bunların qarşısını almaq olmaz. Bir çox hallarda şadlıq evlərinin sahibləri cərimələndikdən sonra dərs götürmək əvəzinə, toylarda verilən ərzaqların, yeməklərin qiymətini qaldırırlar. O şəxslər ki dövlətə, dövlətçiliyə zərər vurur, onlar amansızcasına güllələnməlidir”.

Qeyd edək ki, toylarda sadlıq sarayları tərəfindən təklif edilən menyulardakı yemək çeşidlərinin çoxluğu, eləcə də bir çox hallarda toy iştirakçılarına köhnə yeməklərin təqdim edilməsi ictimai müzakirələrə səbəb olub. (Axar.az)

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb