Xamneyini əməliyyat etmiş həkim danışdı - FOTOLAR

20:27 | 08.09.2014
Xamneyini əməliyyat etmiş həkim danışdı - FOTOLAR

Xamneyini əməliyyat etmiş həkim danışdı - FOTOLAR

İran İslam Respublikasının dini lideri ayətullah Əli Xamneyini əməliyyat etmiş həkim qrupunun rəhbəri doktor Mərəndi sentyabrın 8-də jurnalistlərə açıqlama verib.“Media forum” saytının məlumatına görə, doktor Mərəndi deyib: “Əməliyyat narkozsuz aparıldı. Ölkə rəhbərinin səhhəti qənaətbəxşdir. Bu yaş hədində olan şəxslərin prostat vəzindən əməliyyat olunması geniş yayılmış haldır, adi məsələdir.Ölkə rəhbərinin səhhətində bir müddət idi nasazlıq yaranmışdı. Həkimlər belə qərara gəldilər ki, indi əməliyyat olunmaq üçün münasib vaxtdır. Dini lider də həkimlərin bu rəyi ilə razılaşdı. Əməliyyat sentyabrın 8-i səhər başlandı və cəmi yarım saat çəkdi. Əməliyyat zamanı ölkə rəhbərinə hər hansı narkoz verilmədi, əməliyyat olunarkən o, tam ayıq vəziyyətdə idi, hətta danışırdı da. Hazırda ölkə rəhbərinin səhhəti yaxşıdır və məndən xahiş etdi ki, onun sağlam olduğunu xalqa çatdırım. Adətən belə bir əməliyyatdan sonra xəstələr 3-5 gün xəstəxanada həkim nəzarətində olurlar. Dini lider də bu müddət ərzində xəstəxanada qalacaq”.Ayətullah Əli Xamneyi əməliyyatdan qabaq İranın dövlət televiziyasına qısa açıqlamasında da bildirmişdi ki, hər hansı nigaranlığa əsas yoxdur, bu, adi əməliyyatdır.Sentyabrın 8-də İranın prezidenti Həsən Ruhani xəstəxanada dini liderə baş çəkib. 

75 yaşlı Xamneyi 25 ildir İranın dini lideri postunu tutur. Onun Tehranda əməliyyat olunduğu bildirilsə də, xəstəxananın adı açıqlanmayıb.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb