Xaricdə təhsil üzrə Dövlət Proqramına sənəd qəbulu uzadılıb

21:00 | 02.06.2023
Xaricdə təhsil üzrə Dövlət Proqramına sənəd qəbulu uzadılıb

Xaricdə təhsil üzrə Dövlət Proqramına sənəd qəbulu uzadılıb

Xaricdə təhsil üzrə Dövlət Proqramına sənəd qəbulu uzadılıb.

Bu barədə  Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində 2023-2024-cü tədris ili üzrə sənəd qəbulunun müddəti 14 iyul 2023-cü il tarixinədək uzadılıb.

Bununla da cari müraciətlər sırasında qəbul sənədi və digər məsələlər üzrə çatışmazlıqları olan namizədlərə sözügedən halları aradan qaldıraraq müraciətlərini tamamlamaları üçün imkan yaradılır.

Müvafiq elan mətni ilə keçiddən tanış ola bilərsiniz.

Tədris ilinin başlamasına az vaxt qaldığı üçün müraciətlərin qısa müddətdə edilməsi tövsiyə olunur.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb