Xavi: "Bavariya"ya transfer ola bilərdim"

14:10 | 16.01.2014
Xavi: "Bavariya"ya transfer ola bilərdim"

Xavi: "Bavariya"ya transfer ola bilərdim"

Bu gün İspaniya kubokunda "Hetafe" ilə oyunda komandası ilə 700-cü matçına çıxacaq "Barselona"nın futbolçusu Xavi Hernandez matçöncəsi açıqlama verib.Qol.Az-ın məlumatına görə, "Mundo Deportivo"ya danışan təcrübəli yarımmüdafiəçi hələ 2008-ci ildə "Bavariya"ya transfer olmağa çox yaxın olduğunu deyib:"Münhen təmsilçisi ilə müqavilə imzalamağa hazırlaşırdım. Ancaq Kataloniya klubuna Pep Qvardiolanın gəlişi ilə vəziyyət dəyişdi. O, yeni bir komanda yaradacağını və mənim çox önəmli futbolçu olduğumu dedi. "Barsa"da qalmaqla düzgün qərar verdim".Amerika klublarında birinə transfer olunacağı ilə  bağlı iddialara da münasibət bildirən Xavi karyerası Kataloniya klubunda tamamlamaq istədiyini deyib.ANN.Az   
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM