Xəbər ANı: Bayramla əlaqədar sərnişin sıxlığı - ANN TV

17:27 | 18.03.2015
Xəbər ANı: Bayramla əlaqədar sərnişin sıxlığı - ANN TV

Xəbər ANı: Bayramla əlaqədar sərnişin sıxlığı - ANN TV

Adətən bayram günlərində şəhərdən rayona gedən sərnişinlərin sayı digər günlərlə müqayisədə xeyli çox olur. Bu zaman isə sərnişinlərin tələbatlarını ödəmək üçün əsas məsuliyyət Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalının, həmçinin Bakı Dəmiryol Sərnişin stansiyasının üzərinə düşür.

Biz də öz çəkiliş qrupumuzla birgə Bakı Avtovağzalında və dəmir yol stansiyasında çəkiliş aparıb onların hansı iş qrafiki ilə işləyəcəkləri ilə maraqlandıq. Bakı Beynəlxalq avtovağzalının növbə rəisi Məhəmməd Abdullayev suallarımızı cavablandırdı. 

Məlumat üçün bildirək ki, əsas sərnişin sıxlığının Bakı-Zaqatala, Bakı-Balakən, Bakı-Gəncə marşrutları üzrə olacağı gözlənilir. 

Bilet satış kassalarında da durumun necə olduğunu öyrənməyə çalışdıq. Sərnişinlərin bəziləri xidmətdən narazı olmadıqlarını bildirsələr də, qiymətlərin fərqli olduğunu deyənlər də tapıldı.

Bakı Dəmiryolu Sərnişin stansiyasında da vəziyyət avtovağzaldan o qədər də fərqli deyildi. Bayramla əlaqədar olaraq, digər günlərlə müqayisədə kassadan bilet alanların sayı artmışdı. Bakı sərnişin stansiyasının növbə rəisi Nizaməddin Eminov da bu barədə sorğumuzu cavablandırdı.

Bu barədəki video reportajımızı oxucularımıza təqdim edirik. 

Müəllif: Babək Mirzəzadə

Operator: Fəridə Alıyeva

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM