XƏBƏR ANı: Başsız qalan MTN: Səbəb nədir? - ANN.TV

19:50 | 19.10.2015
XƏBƏR ANı:  Başsız qalan MTN: Səbəb nədir? - ANN.TV

XƏBƏR ANı: Başsız qalan MTN: Səbəb nədir? - ANN.TV

General-polkovnik Eldar Mahmudov milli təhlükəsizlik nazir vəzifəsindən kənarlaşdırılması, prezident İlham Əliyevin belə bir sərəncam verməsinin səbəbləri, MTN-də axtarışların aparılması, digər səlahiyyətlilərin həbsi son iki günün əsas müzakirə mövzusudur. Sadalanan hadisələrlə bağlı rəsmi açıqlama verilmədikcə, olaylarla bağlı müxtəlif versiyaların da sayı artmaq üzrədir. 

Qeyd edək ki, prezident İlham Əliyev Qazaxıstan sammitindən qayıdan kimi Eldar Mahmudov barəsində sərəncam imzalayıb. Nazirin işdən çıxarılması ölkədə daxili siyasətə necə təsir göstərəcək? Ölkədə bundan sonra hansı yeniliklərin olması gözlənilir?  Bu qərarın Rusiya ilə hər hansı əlaqəsi varmı? Ehtimal olaraq deyilən fikirlərin, yazılan xəbərlərin sonu nəyə səbəb olacaq?

Bu suallar politoloq və siyasi şərhçilər Elxan Şahinoğlu, Qabil Hüseynli, İlqar Vəlizadə aydınlıq gətiriblər.  

 

Politoloq Elxan Şahinoğlu ölkənin əsas strukturu olan Milli Təhlükəsizlik Nazirliyi ilə bağlı baş verən proseslərə daha ciddi yanaşılmasının tərəfdarı olduğunu bildirib: "Beynəlxalq Bank ətrafında baş verən hadisələr, ordan külli miqdarda pul vəsaitinin çıxarılması, ölkə daxilində baş verən təhlükəsizliklə bağlı tədbirlərin və s. hadisələlər haqqında ölkə başçısına məlumatların verilməməsi, bir daha onların gizli fəaliyyətlə məşğul olduqlarını sübut edir. Çünki ölkə daxilində baş verən təhlükəsizlik tədbirləri ilə bağlı bütün məhsuliyyətlər MTN üzərinə düşür”.
 
Politoloqun fikrincə, bu posta elə bir şəxs gətirilməlidir ki, iri əməliyyat işlərini həyata keçirməyi bacarsın, bu sahədə geniş biliyə və bacarığa sahib olsun: "Bu posta namizədliyə ən yaxın adamlardan biri ölkə başçısınınMüdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri, general-leytenant Məhərrəm Əliyevdir. Yəni bu şəxs üzərində olan ehtimallar daha çoxdur”.

 
 
Politoloq Qabil Hüseynli isə bu olaylarda Rusiyanın əlinin olmasını istisna etmir. Onun fikrinə görə, MDB dövlət başçılarının assambleyası zamanı prezidentlərin bir-biriləri ilə daha geniş dialoq yaratmaq imkanları olur: "Ancaq düşünmürəm ki, nazirin işdən azad olunmasında xarici qüvvələrin rolu olsun. Güman edirəm ki, nazir öz etdiyi əməllərə görə bu şəkildə cəzalandırılaraq vəzifəsindən uzaqlaşdırılıb".

Siyasətçi daha sonra əlavə edib ki, bir nazirin və nazirliyin adı korrupsiyada adlanırsa, bundan sonra ölkədə daha da geniş şəkildə islahatların aparılması qaçılmazdır.
 
 
 
Siyasi şərhçi İlqar Vəlizadə baş verən hadisələrin fonunda ictimaiyyət arasında çaşqınlıq yarandığını deyib: "Prezident sərəncamının verilməsindən cəmi 3 gün keçməsinə baxmayaraq o qədər də əsası olmayan, yoxlanılmayan, rəsmi şəkildə təsdiqlənməyən məlumatlar yayılıb və bu da ictimaiyyət arasında böyük çaşğınlıq yaradıb. Bütün bunlar öncə təhülkəsizliyin özünə böyük bir zərbədir”.
  
Qeyd edək ki, oktyabr ayının 17-də ölkə başçısı milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifədən kənarlaşdırılması ilə bağlı sərəncam imzalayıb. Nazir postuna hələ ki, heç kim təyin edilməyib.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb