Xədicə İsmayıla qadağa

16:46 | 13.10.2014
Xədicə İsmayıla qadağa

Xədicə İsmayıla qadağa

Baş Prokurorluq “Azadlıq” radiosunun Azərbaycan bölməsinin əməkdaşı Xədicə İsmayılovanın ölkədən buraxılmamasının səbəblərini açıqlayıb.

Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun APA-nın sorğusuna cavabında bildirdiyinə görə, Xədicə İsmayılovanın hərəkətinin müvəqqəti məhdudlaşdırılması Baş Prokurorluqda istintaqı aparılan cinayət işi ilə bağlıdır: “Onun qeyd edilən cinayət işi üzrə əlavə olaraq şahid qismində dindirilməsi, həmçinin aparılacaq digər istintaq hərəkətlərində iştirakı zərurəti yaranıb. Bu səbəbdən də onun ölkədən çıxmasına məhdudiyyət qoyulub”.

 Qeyd edək ki, X.İsmayılova oktyabrın 12-də Çexiyaya getmək istəyərkən ölkədən buraxılmayıb. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb