"2022-ci ildə 99 layihə üzrə 287, 1 milyon məbləğində maliyyələşmə, ümumiyyətlə açılmayıb. Burada büdcə qalığı 4 milyarda çatır. Bu da onu göstərir ki, büdcə əvvəlcədən proqnozlaşdırıla bilmir”, - Milli Məclisin deputatı Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirlən plenar iclasında 2023-cü ilin büdcə layihəsinin müzakirəsi zamanı bildirib.
Millət vəkili qeyd edib ki, büdcə sistemi qanununun 12.1.4 maddəsinə görə dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulan məqsədli proqramların siyahısı ayrıca sənəd formasında Milli Məclisə təqdim olunmalı olsa da, bu yerinə yetirilmir. O cümlədən, investisiya layihələrinin sahələr və istiqamətlər üzrə ümumi məbləğini özündə əks etdirən investisiya proqramlarının layihəsində də xərclərin istiqamətlər üzrə bölgüsü açıqlanmır.
Qüdrət Həsənquliyevin sözlərinə görə, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə böyük qayıdışa dair birinci dövlət proqramı təsdiq olunub. Orada da kimin hansı müddətdə nə kimi işlər görəcəyi öz əksini tapıb. Görülmüş və görüləcək işlər barədə məlumat verilir. Amma o işlərə nə qədər vəsait sərf olunacağı qeyd olunmur.
Qüdrət Həsənquliyev qeyd edib ki, büdcə layihəsində vergi və rüsumların ödənilməsi ilə bağlı həddindən artıq güzəşt nəzərdə tutulub. Bu güzəştlər elektromobilərə deyil uşaq geyimləri və qidalarına edilməlidir.
Lida Abbaslı
Aytac Zeynalova
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !