“Xətai” metrostansiyasında nasazlıq: eskalator xarab oldu

11:51 | 19.09.2019
"Bakı Metropoliteni”nin "Xətai” metrostansiyasında eskalator xarab olub. 

Anews.az-ın məlumatına görə, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. 
"Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov saytımıza açıqlamasında bildirib ki, eskalatorlar qısa zaman kəsiyində işləməyib:

"Eskalatora plastik maddə düşdüyü üçün dayandırılıb. İşçilər həmin maddəni götürdükdən sonra eskalatoru yoxlayıb və fəaliyyəti bərpa olunub”.
Qeyd edək ki, "Bakı metropoliteni”nin "Xətai” stansiyası ötən il sentyabr ayının 27-də təmirə bağlanmışdı. Bu ilin sentyabrın 12-də "Xətai” stansiyasının təmirdən sonra açılışı olub. 

www.anews.az
loading...