Xəzərdə xilasedici kombinezon tapıldı - axtarışlar davam edir

11:26 | 21.12.2015
Xəzərdə xilasedici kombinezon tapıldı - axtarışlar davam edir

Xəzərdə xilasedici kombinezon tapıldı - axtarışlar davam edir

"Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə axtarış-xilasetmə işləri davam etdirilir. Özülündə baş verən güclü yanğın nəticəsində itkin düşənlərdən hələlik heç kim tapılmayıb. 

Bu barədə ANS PRESS-ə qərargahdan məlumat verilib. Hazırda yanğınsöndürmə və xilasetmə işləri davam etdirilir. İtkin düşən neftçiləri tapmaq üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) bir helikopteri, bir təyyarəsi, Dövlət Sərhəd Xidmətinin 3 gəmisi və AZAL-ın bir helikopteri axtarışlara cəlb olunub. 

Qərargahdan onu da bildirirlər ki, ABŞ-dan gələn 3 gəmi isə qaz quyularının ətrafında təmizlik işləri aparır, çünki yanğından sonra quyuların ətrafı, platforma deformasiyaya uğrayıb. Gəmilər quyunun ağzına çatmaq və onları söndürmək üçün təmizlik işləri görürlər. İndiyənədək 2 quyu sündürülüb, daha 4 quyu isə yanır.

Bundan başqa, FHN-nin daha 2 gəmisi platforma ətrafına neftdağılmanın olub-olmadığı müəyyən etmək üçün mütəmadi monitorinqlər keçirir. 

Dünən günorta radələrində Xəzər dənizindən tapılan kombinizonla bağlı məsələyə də qərargahdan aydınlıq gətirilib: "Dünən günorta əməkdaşlarımız dənizdən bir neftçi kombinizonu tapıblar. Bununla bağlı həmin ərazinin ətrafında axtarışlar aparılsa da, amma heç kim aşkarlanmadı. Tapılan kombinizonun da yanğın zamanı itkin düşən nefçilərər aid olub-olmadığı da bəlli deyil".

Dekabrın 4-ü axşam saatlarında "Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə güclü yanğın hadisəsi baş verib. SOCAR-dan ANS PRESS-ə verilən məlumata görə, baş verən güclü tufan saat 17.40 radələrində "Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın olub.

Baş vermiş hadisə nəticəsində 7 nəfərin meyiti tapılıb. 23 nəfər itkin düşüb, 42 nəfər isə xilas edilib.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür