XİN-dən "qara siyahı" açıqlaması

14:00 | 28.08.2014
XİN-dən "qara siyahı" açıqlaması

XİN-dən "qara siyahı" açıqlaması

"Dağlıq Qarabağa qanunsuz səfər edənlər, əsasən ATƏT-in Minsk Qrupuna üzv olan ölkələrdəndir".ANS PRESS-in məlumatına görə, bunu Azərbaycan Xairici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bu yaxınlarda Dağlıq Qarabağa səfər edən rusiyalı jurnalist Anastasiya Kərimova ilə bağlı açıqlama verərkən bildirib."Hazırda Anastasiya Kərimovanın Azərbaycanın işğal olunmuş torpaqlarına səfəri ilə bağlı araşdırmalar aparılır. Əgər rus jurnalist rəsmi Bakının razılığı olmadan səfər etdiyi məlum olarsa, o, Azərbaycan Xarici İşlər Nazirliyinin "arzuolunmaz şəxslər" siyahısına daxil ediləcək", deyə mətbuat katibi bildirib.Elman Abdullayev həmçinin qeyd edib ki, Dağlıq Qarabağa qanunsuz səfər edənlərin əksəriyyəti sonradan Azərbaycan XİN-ə müraciət edirlər."Müraciətlərində bildirirlər ki, onlar Azərbaycanın işğal olunmuş torpaqlarına aldadılaraq aparılıblar və həmin şəxslər Xarici İşlər Nazirliyinin tətbiq etdiyi "qara siyahı" çıxarılmasını xahiş edirlər", deyə E.Abdullayev bildirib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb