Xınalıq meşəsi - FOTOLAR

09:30 | 23.06.2015
Xınalıq meşəsi - FOTOLAR

Xınalıq meşəsi - FOTOLAR

Kiçik, lakin çox ecazkar olan Xınalıq Qafqaz dağlarının uca zirvəsində yerləşən amfiteatrdır. Quba rayonunda 2350 metr yüksəklikdə yerləşən və qibləyə baxan Xınalıq kəndi qərbdən Qəbələ, şimaldan Qusar rayonları ilə həmsərhəd olmaqla, Qızıl Qaya (3725 m), Şah dağı (4243 m), Tufan dağı (4191 m) və Xınalıq (3730 m) dağlarının əhatəsindədir.

Xınalıqdan 7 kilometr məsafədə olan Tufandağın ətəyində 3500 metr hündürlüyündə 3 müxtəlif göl yerləşir. Göllər bulaq suyu və qar hesabına yaranıb.. Amma göllərin arasındakı gözəgörünməz əlaqə onların birləşmiş qablar kimi eyni səviyyədə qalmasına səbəb olur. 

Xınalıqlılar özlərini Nuh peyğəmbərin nəslindən olanlar kimi sayırlar. Onların fikrincə, Nuh peyğəmbərin tufanı dövründə Ketş kəndi Ketş dağlarında yerləşirdi. Sonradan Allah tərəfindən baş verən zəlzələ zamanı orada heç bir ev salamat qalmayıb, bütün evlər dağılıb. Əhalinin çox hissəsi həlak olub. Sağ qalanlar isə, çayı keçərək kiçik bir təpəyə qalxıblar və beləliklə də Xınalıq yaranıb. Xınalıqlılar hesab edilər ki, tufandan sonra Nuhun oğulları – Sam və Ham müxtəlif yerlərə köç edib və yalnız Yafət öz oğulları ilə həmin yerlərdə qalıb və buradan da Qafqaz xalqları törəyib. Dəniz səviyyəsindən 2000 metrdən də artıq yüksəklikdə yerləşən kənd ərazisində rast gəlinən balıqqulağı və daşlaşmış balıq sümüklərini xınalıqlılar bu rəvayətin təsdiqi kimi göstərilir, burada bir vaxtlar baş vermiş tufan və daşqından xəbər verir.

Xınalıqdan qərbə tərəf 5-15 km məsafədə Qudyalçayın ətrafında dağların döşlərində ağcaqayın ağacından ibarət böyük olmayan meşəliklər vardır. Xınalıq və onun ətrafındakı dağlarda subalp çəmənlərinə xas olan zəngin dərman bitkiləri bitir. Xınalıq kəndinin ətəklərində Qudyalçay, Xınalıqçay (yerli əhali onu üzərində əvvəllər 7 dəyirman olduğuna görə "Dəyirmançay" adlandırır) çayları axır.

ANN.Az-ın fotoreportyorunun Xınalıq meşəsindən hazırladığı fotosessiyanı oxuculara təqdim edirik.

Fotoların müəllifi Fərqanə Novruzovadır

 
 
 
 





































































www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb