Xırdalan və Sumqayıtda postlar quruldu - RƏSMİ

20:05 | 01.04.2020
Xırdalan və Sumqayıtda postlar quruldu - RƏSMİ

Xırdalan və Sumqayıtda postlar quruldu - RƏSMİ

"Abşeron rayonunun Xırdalan şəhərində və Sumqayıtda da polis postları qurulub”.

Bunu Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib.

Onun sözlərinə görə, həmin ərazilərdə nəqliyyatın hərəkət intensivliyi nəzərə alınaraq, orada yoxlamalar aparılıb:

"Postlar qurulub və orada da vətəndaşların zərurət olmadan evdən çıxma halları aşkar olunub.

Bunların qarşısını almaq üçün müvafiq tədbirlər görülür. Polisin tələblərinə tabe olmayan, xəbərdarlıqlara məhəl qoymayan şəxslər haqqında protokollar tərtib ediləcək”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb