Xırdalanda qaz müəmması: Azəriqaz təkzib edir

12:37 | 31.10.2016
Xırdalanda qaz müəmması: Azəriqaz təkzib edir

Xırdalanda qaz müəmması: Azəriqaz təkzib edir

Paytaxtda mənzillərə qaz verilməsi ilə bağlı problem hələ də davam etməkdədir.

Bakının Yasamal rayonu, Dadaş Bünyazadə küç, 15, Binəqədi rayonu, 7-ci Mkr. İlham Əsgərov küç., Xırdalan şəhəri, Əziz Əliyev küç. və digər ünvanlardan ANN.Az-a daxil olan şikayətə görə, bir neçə gündür ki, evlərə qaz verilmir.

Sakinlər bildirir ki, havalar soyumağa başlayan kimi analoji problem yaşanır. Şikayətçi sakinlər deyir ki, baş verən problem qış vaxtına keçidlə əlaqəlidir.


İbrahim Kərbalayev - Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri

 

 

ANN.Az problemli məsələni araşdırmaq üçün "Azəriqaz” İB ilə əlaqə saxlayıb. Qurumun mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev bildirib ki, qəza baş verdiyinə görə, mənzillərə qaz verilməsində problem yaranıb:

"Abşeron rayonunda diametri 530 metrlik qaz kəmərində qəza baş verib. "Azəriqaz” tərəfindən bu problem aradan qaldırılsa da, iş gec başa çatdığı üçün (təhlükəsizlik qaydalarına görə) səhəri gün qaz təchizatı bərpa edildi. Hazırda, sadaladığınız ərazilərdə qaz təchizatında heç bir problem yoxdur”.
Qurum sözçüsü sadalanan ərazilərin qaz təchizatında problem olmadığını bildirsə də, sakinlər bu gün də qaz verilmədiyini bildirirlər.

"Xırdalan şəhəri, Əziz Əliyev küçəsinə bu gün qaz verilmirsə, problemi araşdırıb tezliklə aradan qaldıracağıq”, - deyə İ. Kərbalayev əlavə edib.
 
Qeyd edək ki, fövqəladə hallar istisna olmaqla şərtilə, rəsmi olaraq, hər il qış rejiminə noyabrın 15-dən keçilir.

Mətbuata açıqlamasında "Azəristiliktəhcizat” Açıq Səhmdar Cəmiyyətinin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev bildirib ki, erkən qış rejiminə keçid birbaşa Bakı Şəhər İcra Hakimiyyətinin qərarı ilə mümkündür. Bu qərar təkcə "Azəristiliktəhcizat” ASC-yə yox, eyni zamanda, "Azəriqaz” və "Azərişıq”-a da şamil edilir.

Orxan Aslanlı

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb