Xocalı cinayətkarları haqqında ilk sənədli film - VİDEO

16:09 | 26.02.2016
Xocalı cinayətkarları haqqında ilk sənədli film - VİDEO

Xocalı cinayətkarları haqqında ilk sənədli film - VİDEO

Xocalı və Qaradağlı soyqırım cinayətkarlarını özündə əks etdirən, yeni bir sənədli film çəkilib.

Layihə müəllifi, araşdırmaçı Şahin Qocayevin ANN.Az-a verdiyi məlumata görə, "İntroitus" adlanan film düşmənin vəhşiliyini yalnız öz dili ilə, yəni onların mənbələrinə əsasən bizə təqdim edib. Film daxilində Qaradağlı soyqırımını özündə əks etdirən kadrlar və Ermənistanın Müdafiə Nazirliyi səviyyəsində Terrora dəstək verməsi sənədlərə əsasən göstərilib. Layihə müəllifi, araşdırmaçı Şahin Qocayev, operator Rauf Məmmədov və aktyoru Yarəhmədov Saleh olan film, Arabo Terror Dəstəsinə aid çəkilən ilk sənədli film olmaqla yanaşı bizə soyqırım cinayətkarlarını daha yaxından tanımaq imkanı verir.
 
 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb