Xocalı faciəsi “Savaşçı” serialında — VİDEO

10:12 | 24.12.2018
Xocalı faciəsi “Savaşçı” serialında — VİDEO

Xocalı faciəsi “Savaşçı” serialında — VİDEO

Türkiyədə yayımlanan "Savaşçı” serialında Xocalı faciəsindən bəhs edilib.

"Ölkə.Az” xəbər verir ki, azərbaycanlı rejissor və aktyor Kənan MM-in də çəkildiyi serialın bu dəfəki  seriyasında Xocalı faciəsinə geniş yer ayrılıb. 

Qarabağa aid mahnı sədaları altında Xocalı şəhidlərinin qəbirstanlığı və Xocalı faciəsinə aid köhnə kadrlarla faciə bir daha çatdırılıb.

Kənan MM-in canlandırdığı Yüzbaşı Bəxtiyar obrazı isə qəbirlərin arasında gəzərək faciəni xatırlayır, dağılmış evləri, anası tərəfindən gizlədilməsi, erməni terrorçuları tərəfindən anasına işgəncə edilməsini xatırlayır. Bütün bu hadisələr kadrlar vasitəsilə tamaşaçıya çatdırılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb