Xüsusi Rejimli Vergi Xidməti Departamenti ləğv edildi

15:20 | 02.10.2015
Xüsusi Rejimli Vergi Xidməti Departamenti ləğv edildi

Xüsusi Rejimli Vergi Xidməti Departamenti ləğv edildi

Departamentin tərkibində Xüsusi rejimli vergi xidməti idarəsi yaradılıb

Vergilər Nazirliyi ölkə prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilmiş "Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası”nda verilmiş tapşırıqların icrası, eləcə də Vergilər Nazirliyinin Kollegiyası tərəfindən qəbul edilmiş qərarların və vergilər naziri, 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədovun əmri ilə təsdiq edilmiş Tədbirlər Planından irəli gələn məsələlərin həll edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Nazirliyin Analitik-informasiya şöbəsindən "APA-Economics"ə verilən məlumata görə, bu istiqamətdə görülən işlərin davamı olaraq, vergi orqanları tərəfindən nəzarət funksiyalarının həyata keçirilməsi mexanizminin müasir tələblərə uyğun daha da təkmilləşdirilməsi, vergilərin yığılmasında təşkilati işlərin gücləndirilməsi, əhalidə vergi mədəniyyəti və intizamının formalaşdırılması sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyinin yüksəldilməsi məqsədilə vergilər nazirinin 1 oktyabr 2015-ci il tarixli əmri ilə Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamenti ləğv edilərək, Bakı Vergilər Departamentinə birləşdirilib, Departamentin tərkibində Xüsusi rejimli vergi xidməti idarəsi yaradılıb.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti