Yaddaşı gücləndirən qidalar - SİYAHI

20:37 | 26.09.2014
Yaddaşı gücləndirən qidalar - SİYAHI

Yaddaşı gücləndirən qidalar - SİYAHI

Gərgin iş rejimi və stress nəticəsində qarşılaşıldığınız unutqanlıq problemi, bəzi qidaların nizamlı yeyilməsi ilə aradan qaldırıla bilər. Güclü yaddaşa sahib olmaq üçün dietoloq Şəbnəm Qandıralı aşağıdakı qidaların qəbul edilməsinin zəruri olduğunu bildirib: 

İspanaq: B qrupu vitaminlər və E vitamini ilə zəngindir. Beyin hüceyrələrini zərərli sərbəst radikallara qarşı qoruyur. 

Şokolad: Beyin qəbuledicilərini aktivləşdirmək üçün endorfini artırır. 

Balıq: omega 3, beyin funksiyalarında əhəmiyyətli rola malikdir. Əskikliyində depressiya, Dyslexia (öyrənmə pozuqluğu), diqqət əskikliyi və s. olur. Somon, kilkə, sardinya və siyənək balığı ən yaxşı omega 3 mənbələridir. 

Çiyələk, böyürtkən: Yaddaş artırıcı fitokimyasal olan antosiyaninlə zəngindirlər. Qırmızı üzüm, kivi, portağal və alma da beyin gücünün artımı üçün mükəmməl qidalardır. 

Taxıl: qara düyü, qara çörək, yulaf, darı kimi qidalar B6, B12 və fol turşusu ehtiva edir. Yaddaşı qorumaq, konsentrasiya və beyinə qan axışını təmin etmək üçün lazımlıdır. 

Fıstıq əzməsi: Beynin fokuslanması və diqqət üçün lazımlı olan B6 vitamini ilə zəngindir. Qızarmış bir dilim çörək üstünə 1 yemək qaşığı fıstıq əzməsi və üzərinə əlavə banan dilimləri ilə B6 vitaminindən zəngin bir pay ala bilərsiniz. 

Süd, qatıq, pendir: Əla bir zülal qaynağıdırlar. Bədəni yavaş və sabit bir enerji qaynağı ilə təmin edir, gün ərzində yaddaşımızın yaxşı qalmasına dəstək olurlar. 

Yumurta: Beyindəki yaddaş hissəsi üçün lazımlı olan vitaminləri (A, D, B12, B qrupu) qoruyur. Beyindən siqnal alıb göndərmək üçün lazımlı amin turşusu olan tirozini artırır, bədənin oyanıq qalmasını təmin edir.

 Balqabaq və çəyirdəyi: kognitif funksiyaları gücləndirir. Yuxusuzluq və yüngül depressiya vəziyyətlərində kömək edir. 

Su: dehidratasiya (susuzluq) beynin kortizol deyilən bir hormon ifraz etməsinə səbəb olur. Bu hormonun artımı beynin məlumat saxlama qisiminin kiçilməsinə və yaddaş gücünün azalmasına səbəb olur. Kortizol adrenalin istehsalının artımı beyin funksiyasınıa təsir edir və yaddaşı pozur. 

 ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb