Yağışdan sonra bizim küçələr - FOTOLAR

09:24 | 29.10.2015
Yağışdan sonra bizim küçələr - FOTOLAR

Yağışdan sonra bizim küçələr - FOTOLAR

Əslində sizə təqdim olunan bu fotolardakı mənzərə ilə hər birimiz tanışıq - yağış yağandan sonra paytaxtın, elə digər iri şəhərlərin küçə və prospektlərdə gölməçələrin yaranması, asfalt örtüyün parça-parça olması, avtomobillərin təkərləri altından ətrafa yayılan çirkli suyun səpələnməsi...
 
ANN.Az xəbər portalı bu fotoları sadəcə oxucuların deyil, həm də əlaqədar təşkilatların diqqətinə çatdırmaq məqsədilə təqdim edir ki, bəlkə bunca tənqidlərdən dərs çıxaralar. Bir yerə asfalt çəkib sonra kanalizasiya borusu qoymaq üçün yenidən qazmaqdan, yaxud kanalizasiya lüklarının üstünü örtüb yağış yağanda suyun axınının olmamasından, yollara keyfiyyətsiz asfalt vurulmasından bəlkə əl çəkələr.
 
Yağışdan sonra pis günə düşən yolların vəziyyətini çəkib bir də yada salmaq istəyirik ki, çadar-çadar olmuş, gölməçələr yaranmış, palçığın ətrafa yayılmış bu yolların düzəlməsinə bəlkə bir əncam edələr.
 
Fotoların müəllifi Fərqanə Novruzovadır. 
 
 


































www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb