Yanan Xızıdan son xəbər

10:55 | 29.08.2017
Yanan Xızıdan son xəbər

Yanan Xızıdan son xəbər

Yanğınsöndürənlər növbə çəkir

Xızıda hərbi hissədə baş verən partlayışdan sonra ərazidə başlayan yanğın tam söndürülüb. İstiPress-in Şimal bürosuna bu barədə məlumatı Xızı meşə mühafizəsi və bərpası müəssisəsinin direktoru Elbrus Əliyev verib.

Onun sözlərinə görə, xoşbəxtlikdən meşə fonduna ciddi ziyan dəyməyib, 15 hektar olmaqla meşəətrafı sahə yanıb. Yanğının söndürülməsində meşə mühafizəsi və bərpası müəssisəsinin bütün heyəti, FHN-nin xeyli canlı qüvvəsi və 4 yanğınsöndürən avtomobil, qonşu rayonlardan köməyə gəlmiş insanlar fəal iştirak edib.

Yanğın söndürülsə də, hər ehtimala qarşı meşə bərpası müəssisəsinin və yanğından mühafizə hissəsinin işçilərindən ibarət heyət növbətçilik edir.

Xatırladaq ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində silah anbarında yanğın avqustun 27-də baş verib. Ərazidə partlama müşahidə olunub.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb