YAP-ın rayon təşkilatının sədri yenə təkzib etdi: “Oğlum heç vaxt elə iş görməz”

12:53 | 11.03.2020
YAP-ın rayon təşkilatının sədri yenə təkzib etdi: “Oğlum heç vaxt elə iş görməz”

YAP-ın rayon təşkilatının sədri yenə təkzib etdi: “Oğlum heç vaxt elə iş görməz”

Yeni Azərbaycan Partiyasının (YAP) Sabirabad rayon təşkilatının sədri Məleykə Ağayevanın oğlu Fariz Ağayevin  barəsində cinayət işi başlanılması barədə məlumat yayılıb.
 
Anews.az-ın xəbərinə görə, bunu M.Ağayeva oğlu haqqında yayılan xəbərin həqiqəti əks etdirmədiyini bildirib:
 
"Bu məlumatların heç bir əsası yoxdur. Oğlum ali savadlıdır və Koorperasiya Universitetinin məzunudur. Oğlum bələdiyyə üzvlüyünə namizəd idi. Həmin ərəfədə də bu tipli məlumatlar yaydılar. Oğlum 1990-cı il təvəllüdlüdür. Ölkəmizdə gənclərə qayğı var. Fariz fərdi təsərrüfatla məşğuldur. O,  öz zəhməti ilə çörəyini yeyən oğlandır. Ona mən və ya kimsə dəstək olsaydı, indi o yüksək vəzifədə olardı. Bizim ailəni rayonda hamı tanıyır. Mənim oğlum heç vaxt elə iş görməz".Unikal.org

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM