Yaponiyanın "Mitsubishi”, "Sumitomo”, "Mayekawa” və
"Roboto” şirkətlərinin nümayəndələri "Təmiz Şəhər” ASC-nin fəaliyyəti ilə tanış
olublar. Qonaqlara səhmdar cəmiyyətin fəaliyyəti və reallaşdırdığı layihələr
barədə məlumat verilib.
"Təmiz Şəhər” ASC-nin İdarə heyəti sədrinin müavini
Səbuhi Mehdizadə ölkəmizdə qeyri-neft sənayesinin inkişafı istiqamətində görülən
işlər, sənaye parkları və sənaye zonalarında sahibkarlar və investorlar üçün
yaradılmış əlverişli şərait barədə məlumat verib. Bildirilib ki, 7 hektar ərazini
əhatə edən Balaxanı Sənaye Parkında məişət tullantılarının emalı və xidmət müəssisələrinin
yaradılması nəzərdə tutulur. Parka əsasən, təkrar emalla məşğul olan müəssisələr
cəlb edilir. Hazırda sənaye parkının işlənmiş mühərrik yağlarının, pet butulkaların,
karton və plastik məmulatların emalı və mebel istehsalı ilə məşğul olacaq 5
rezidenti var.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !