Yarış zamanı dəhşətli qəza: yaralılar var - VİDEO

10:32 | 19.07.2019
Yarış zamanı dəhşətli qəza: yaralılar var - VİDEO

Yarış zamanı dəhşətli qəza: yaralılar var - VİDEO

Britaniyada yarış zamanı iki avtomobilin toqquşması nəticəsində 14 nəfər xəsarət alıb.
 
Anews.az "RenTV”yə istinadən xəbər verir ki, insident Stivenidje şəhərində keçirilən avtomobil yarışı zamanı qeydə alınıb. Məlumata görə, toqquşmanın şiddətindən maşınlardan biri insan kütləsinə çırpılıb. Hadisə şahidinin dediyinə görə, bir neçə azarkeş zərbənin gücündən havaya qalxıb. O, həmçinin bildirib ki, bir oğlan maşının altında qalıb və insanlar onu oradan çıxarmağa cəhd göstəriblər.
Qəza yerinə 30-dan çox xilasetmə xidmətinin əməkdaşı cəlb edilib.

Yaralıların əksəriyyəti 14-17 yaş arası olub(avtosfer)

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM