Yəməni bombalayan pilotlara "Bentley" hədiyyə olunacaq - FOTOLAR

15:35 | 23.04.2015
Yəməni bombalayan pilotlara

Yəməni bombalayan pilotlara "Bentley" hədiyyə olunacaq - FOTOLAR

Səudiyyə şahzadəsi Talal Yəməni bombalayan pilotlara dəyəri 1,09 milyon dollar olan "Bentley" markalı avtomobil hədiyyə edəcəyini bəyan edib

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, dünyanını 16-cı ən varflı şəxsi kimi tanınan, keçmiş Səudiyyə Ərəbistanının kralı Abdullahın qardaşı oğlu şahzadə El Vəlid Bin Talal Yəmən əməliyyatlarına qatılan və bir aydır bu ölkədəki Husi qüvvələrini bombalayan 100 səudiyyə pilotuna mükafat olaraq avtomobil hədiyyə edəcək. Bu barədə o, özünün "Twitter" səhifəsində status paylaşıb. 

"Twitter"in 300 milyon dollarlıq hissəsinə sahib olan şahzadə ümumilikdə 23 milyon dollarlıq sərvətə sahibdir. Bundan əvvəl o, Səudiyyə Ərəbistanının futbol komandasının oyunçularına 25 dənə "Bentley" hədiyyə etmişdi.

İndiyə qədər Səudiyyə Ərəbistanının Yəməndə apardığı hərbi əməliyyatlar nəticəsində 1000 Husi milisi öldürülüv, 4 minə qədər sıravi milis işçisi və mülki əhali yaralanıb.
 
 
 
 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb