Yeni eksklüziv biznes-cet Azərbaycanda - Fotolar

14:16 | 09.06.2015
Yeni eksklüziv biznes-cet Azərbaycanda - Fotolar

Yeni eksklüziv biznes-cet Azərbaycanda - Fotolar

Azərbaycanın SW Business Aviation (Silk Way Group holdinqinə daxildir) operatoru ikinci Gulfstream G650 ultra-uzaq biznes-cetini alıb.   

Oxu.Az xəbər verir ki, bu barədə BizavNews-a şirkətinin direktoru Böyükağa Quliyev danışıb.

Təyyarə keçən həftənin sonunda Savannadan Bakıya uçub. Bu, Azərbaycan şirkətinin parkında bu qəbildən olan ikinci təyyarədir. Birinci təyyarə keçən ilin martında alınıb və Azərbaycan hakimiyyəti maraqlarında istismar edilir. Yeni biznes-cet çarter reyslərin yerinə yetirilməsi üçün istifadə ediləcək. B.Quliyev bildirib ki, əldə edilən təyyarə eksklüziv dizayna malikdir və uzunmüddətli uçuş üçün lazım olan hər şeyə malikdir.

"Rusiyanın işgüzar aviasiyası şirkət üçün maraqlıdır və əgər biz super-orta sinifdə Rusiya sifarişçilərinə bazarda böyük təklif ilə əlaqədar daha az maraq göstəririksə, G650 - müştərilər üçün yenilikdir. Avropada G650 "çarteri” yetərincə azdır və biz, Rusiya müştərisi transqitə istiqamətində yeni laynerdə uçuşun bütün üstünlüklərini qiymətləndirəcəyinə ümid edirik”, - B.Quliyev şərh edib.
 



www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb