Yeni Fəxri Xiyaban salınacaq

17:34 | 24.02.2015
Yeni Fəxri Xiyaban salınacaq

Yeni Fəxri Xiyaban salınacaq

Daha bir Fəxri xiyabanın Gəncə şəhərində yaradılması təklif edilib.

Axar.az xəbər verir ki, bununla əlaqədar Gəncə şəhər fəallarının yığıncağı keçirilib. Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Mikayıl Zeynalov məsələ ilə bağlı Azərtaca-a açıqlamasında Fəxri Xiyabanın yaradılması istiqamətində görüləcək işlərdən danışıb.

Qeyd edək ki, Xiyaban üçün 1,3 hektar torpaq sahəsi ayrılıb. Həmçinin ərazisinin arxitektorlar tərəfindən hazırlanmış bir neçə eskizi də iştirakçılara təqdim edilib. Yığıncaqda Fəxri Xiyabanın salınması ilə bağlı yaradılan komissiyanın sədri, şəhər İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Sevda Qurbanəliyeva komissiyanın tərkibi və statusu haqqında ətraflı məlumat verib.

Yığıncaqda Fəxri Xiyabanda kimlərin dəfn olunması qaydaları ilə bağlı müzakirələr aparılıb.

Bununla bağlı Axar.az-a açıqlama verən İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Sevda Qurbanəliyeva qeyd edib ki, Fəxri xiyabanda görkəmli şəxsiyyətlərin dəfn edilməsi nəzərdə tutulub.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM