Yerə meteorit düşdü

16:12 | 08.09.2014
Yerə meteorit düşdü

Yerə meteorit düşdü

Nikaraquanın paytaxtı yaxınlığında meteorit düşüb.ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, göy cisminin yerə düşməsi nəticəsində 12 metr diametrində çuxur yaranıb. Meteorit paytaxt aeroportu və ölkənin Hərbi Hava Qüvvələrinin bazası yaxınlığındakı əraziyə düşüb. Bildirilib ki, nisbətən kiçik ölçüsü olan göy cismi Yer kürəsinin yaxınlığından keçmiş asteroiddən qopub. Yerli sakinlərin sözlərinə görə, bazar günü gecəsi onlar bu hadisəyə şahid olublar.Ölkə hakimiyyəti həmçinin, beynəlxalq ekspertlərdən ibarət qrupun məsələni araşdırması üçün aidiyyəti orqanlardan kömək edilməsini xahiş edib.Xatırladaq ki, 15 fevral 2013-cü il tarixində Çelyabinskdə də meteorit düşmüşdü. Hadisə nəticəsində yüzdən çox insan xəsarət almışdı.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb