22.49
Yerevanda xilasedicilər partlamış ticarət mərkəzinin dağıntıları altında axtarış işlərini gecə də davam etdirəcəklərini bildiriblər. Bu barədə Ermənistan FHN rəhbəri Armen Pambuxçyan bildirib.
- Yanğın söndürülüb. Amma küləyin sürəti artdığı üçün yanğının bərpası təhlükəsi var.
- Ticarət mərkəzində yeni partlayışın baş verməsi gözlənilmir.
- Hələlik üç ölən adamın cəsədi tapılıb. Onlardan biri 40-45 yaşlı kişi , qalan ikisi 45-50 yaşlı qadınlardır. Beş yaşlı uşaqla hamilə qadın axtarışdadır. Bütövlükdə isə 20 nəfər itkin düşüb.
- Nazir bildirib ki, 7 xilasedicinin nəfəsinə tüstü dolub . İki xilasedici xəstəxanaya çatdırılıb. Onlardan birinin ayağı travma alıb, ikincisi isə zəhərlənib.
Məlumatı Sputnik Armeniya yayıb.
22.25
Yerevanda ticaRət mərkəzində dağıntıların altında daha bir ölmüş qadın cəsədi tapılıb. Bu barədə Ermənistan FHN mətnuat katibi Ayk Torosyan bildirib.
Torosyanın sözlərinə görə, 40-45 yaşında olan qadının şəxsiyyəti hələ müəyyən edilməyib.
Səhiyyə Nazirliyinin məlumatına görə, yaralılarn sayı 61 nəfər təşkil edir.
20.27
Yerevanın "Surmalu” ticarət mərkəzində baş verən partlayış nəticəsində həlak olanların sayı iki nəfərə çatıb, 57 nəfər yaralanıb, bu barədə Ermənistan FHN rəhbəri Armen Pambuxçyan bildirib.
"Yaxın dəqiqələrdə xilasedicilər daha bir həlak olmuş adam tapılıb. O qadındır. Bu saata 20 nəfərin itkin düşməsi barədə onların qohumlarından məlumat daxil olub. Bu oo deməkdir ki, biz ən azı daha 20 nəfər tapmalıyıq”, - Pambuxçyan jurnalistlərə bildirib.
Bir az qabaq Ermənistan Səhiyyə Nazirliyi bir ölən və 57 yaralanan şəxsin olduğunu bildirmişdi.
Ermənistan FHN bildirdiyinə görə, pirotexnikanın yığıldığı anbarda baş verən partlayış nəticəsində iki partlayış baş verib, yanğın olub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !