• $
  • €
  • ₽
  • ₺
  • £

Yerevanda dağıntılar altında daha bir ölən tapıldı - FOTOLAR/YENILƏNİB

Yerevanda dağıntılar altında  daha bir  ölən tapıldı - FOTOLAR/YENILƏNİB
14.08.2022 22:56
 22.49
 
Yerevanda xilasedicilər partlamış ticarət mərkəzinin dağıntıları altında axtarış işlərini gecə də davam etdirəcəklərini bildiriblər. Bu barədə Ermənistan FHN rəhbəri  Armen Pambuxçyan bildirib. 
 
- Yanğın söndürülüb. Amma küləyin sürəti artdığı üçün yanğının bərpası təhlükəsi var. 
 
- Ticarət mərkəzində yeni  partlayışın baş verməsi gözlənilmir. 
 
- Hələlik üç ölən adamın cəsədi tapılıb. Onlardan biri 40-45 yaşlı kişi , qalan ikisi 45-50 yaşlı  qadınlardır. Beş yaşlı uşaqla hamilə qadın axtarışdadır. Bütövlükdə isə 20 nəfər itkin düşüb. 
 
- Nazir bildirib ki, 7 xilasedicinin nəfəsinə tüstü dolub . İki xilasedici xəstəxanaya çatdırılıb. Onlardan birinin ayağı travma alıb, ikincisi isə zəhərlənib. 
 

Məlumatı Sputnik Armeniya yayıb.


 22.25
 
Yerevanda ticaRət mərkəzində dağıntıların altında daha bir ölmüş qadın cəsədi tapılıb. Bu barədə Ermənistan FHN mətnuat katibi Ayk Torosyan bildirib.
 
Torosyanın sözlərinə görə, 40-45 yaşında olan qadının şəxsiyyəti hələ müəyyən edilməyib.
 
Səhiyyə Nazirliyinin məlumatına görə, yaralılarn  sayı 61 nəfər təşkil edir.

20.27 

Yerevanın "Surmalu” ticarət mərkəzində baş verən partlayış nəticəsində həlak olanların sayı iki nəfərə çatıb, 57 nəfər yaralanıb, bu barədə Ermənistan FHN rəhbəri Armen Pambuxçyan bildirib. 
 
"Yaxın dəqiqələrdə xilasedicilər daha bir həlak olmuş adam tapılıb. O qadındır. Bu saata 20 nəfərin itkin düşməsi barədə onların qohumlarından məlumat daxil olub. Bu oo deməkdir ki, biz ən azı daha 20 nəfər tapmalıyıq”, -  Pambuxçyan jurnalistlərə bildirib. 
 
Bir az qabaq Ermənistan Səhiyyə Nazirliyi bir ölən və 57 yaralanan şəxsin olduğunu bildirmişdi.
 
Ermənistan FHN bildirdiyinə görə, pirotexnikanın yığıldığı anbarda baş verən partlayış nəticəsində iki partlayış baş verib, yanğın olub.
 







 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Dünya 18:01
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Dünya 09:55
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Dünya 08:50
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Dünya 08:31
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol