Yerli məhsulların da qiymətləri artacaq - Ekspert

19:02 | 08.01.2016
Yerli məhsulların da qiymətləri artacaq - Ekspert

Yerli məhsulların da qiymətləri artacaq - Ekspert

"İdxal olunmayan məhsulların da qiymətləri artacaq"

ANN.Az xəbər verir ki, bu haqda məlumatı iqtisadçı ekspert Qalib Toğrul öz facebook səhifəsində qiymət artımlarına münasibət bildirərkən deyib.

Ekspertin sözlərinə görə, artıq Azərbaycanda xaricdən idxal olunaraq satılan bütün digər məhsullar kimi siqaretin də qiyməti dolların manata kursundan birbaşa asılı olaraq dəyişəcək: "Nəzərə alsaq ki, manat sürətlə dəyərini itirir, onda qəbul etməyə məcbururq ki, bu gün gündəlik istehlakımızda əsas yer tutan ət və ət məhsulları, şəkər, qənnadı məhsulları, düyü, un və un məhsulları, çay və digər məhsulların da qiyməti qalxacaq. Çünki onları ya hazır məhsul kimi, ya da xammalını xaricdən idxal edirik."

İqtisadçı təkcə idxal məhsullarının deyil, eyni zamanda yerli məhsulların da qiymətində yüksəlmə olacağını da vurğulayıb: "Bu artım idxal məhsullarınkından geri qalsa da, bahalaşma qaçılmazdır. Çünki yerli məhsulların istehsalçılarının istehlak və yaşayışla bağlı xərcləri artdığından onlar da öz məhsullarının qiymətlərini artıracaqlar. İqtisadiyyatı bir zəncir kimi təsəvvür etsək, bazarın iştirakçıları o zəncirlərin həlqələridirlər. Əgər bu həlqələrdən hansındasa bir problem yaransa, onun təsirini bütün zəncirdəkilər hiss edəcəklər. İndiki halda istehsalçılar, ticarət, xidmət sektorunda çalışanlar, ən əsası isrtehlakçılar öz gündəlik həyatlarında manatın ucuzlaşmasının fəsadlarını sabit və ya daha az artan gəlirləri fonunda xərclərinin artması şəklində hiss edəcəklər."

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb