Yüksək bal toplayan abituriyentlərin valideynləri ilə görüş olacaq

10:28 | 26.11.2013
Yüksək bal toplayan abituriyentlərin valideynləri ilə görüş olacaq

Yüksək bal toplayan abituriyentlərin valideynləri ilə görüş olacaq

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinə yüksək balla qəbul olmuş gənclərin təcrübəsinin öyrənilməsi, təbliği, onların ictimaiyyətə tanıdılması və rəğbətləndirilməsi üçün silsilə tədbirlər həyata keçirir.

TQDK-nın mətbuat xidmətindən ANN.Az-a verilən məlumata görə, bu istiqamətdə yaxın günlərdə respublikanın regionlarında prezident təqaüdünə layiq görülmüş gənclərin valideynləri, müəllimləri, həmçinin şagirdləri qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan məktəblərin rəhbərləri ilə görüşlər keçiriləcək.

Bölgələrdə tədbirlər TQDK-nın regional bölmələri vasitəsilə təşkil olunacaq. Görüş iştirakçılarına 600-dən çox bal toplayan gənclər haqqında məlumatların əks olunduğu “Abituriyent” jurnalının 11-ci sayı və müxtəlif hədiyyələr təqdim olunacaq. Tədbirlərin keçirilmə qrafiki qəbul komissiyasının internet saytında yerləşdirilib.

Xatırladaq ki, 2013-cü ildə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 96720 abituriyent iştirak edib. Onlardan 1617 nəfəri 600 çox bal toplayıb. 102 nəfəri isə Azərbaycan prezidentinin sərəncamı ilə Prezident təqaüdünə layiq görülüb.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM