Yığmanın qapıçısı güllələndi

10:59 | 27.10.2014
Yığmanın qapıçısı güllələndi

Yığmanın qapıçısı güllələndi

CAR millisinin qapıçısı Senzo Meyiva naməlum şəxslər tərəfindən qətlə yetirilib. Apasport.az saytının məlumatına görə, yığmasının kapitanı olan 27 yaşlı futbolçu Yohanesburq yaxınlığındakı evlərin birində güllələnib.Həmin evin onun dostuna məxsus olduğu ehtimal edilir. Yerli polis cinayətin evi qarət etməyə cəhd edən 3 şəxs tərəfindən törədilməsi versiyasını irəli sürüb. Lakin atəş açılandan sonra onlar gizlənə biliblər. Cinayətkarları tapmaqda kömək edə biləcək məlumat üçün 14 min dollar mükafat vəd edilib.Qeyd edək ki, karyerası boyu “Orlando Payrets”ə sadiq olan qolkiper 2013-cü ildən millinin şərəfini qoruyur.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb