Yunanıstandan Türkiyəyə ilk miqrant qrupu göndərildi

20:15 | 04.04.2016
Yunanıstandan Türkiyəyə ilk miqrant qrupu göndərildi

Yunanıstandan Türkiyəyə ilk miqrant qrupu göndərildi

Yunanıstan hökuməti Avropa İttifaqı ilə rəsmi Ankara arasında imzalanmış sazişə əsasən, miqrantların Türkiyəyə göndərilməsinə başlayıb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, artıq Lesbos adasından ilk miqrant partiyası yola salınıb. Türkiyənin Dikili limanına istiqamət alan iki qayıqda 131 nəfər var.

Qeyd edək ki, bu gündən Türkiyə ərazisindən qanunsuz yolla Avropaya keçmiş miqrantların suriyalı qaçqınların əvəzinə qardaş ölkəyə qaytarılması barədə Türkiyə-Aİ sazişi qüvvəyə minib. Qeyri-leqal miqrantların suriyalı qaçqınlarla mübadiləsi "birin-birə" prinsipi əsasında həyata keçirilir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb