Yunusların məhkəməsidir

10:11 | 15.10.2015
Yunusların məhkəməsidir

Yunusların məhkəməsidir

Oktyabrın 15-də Bakı Apellyasiya Məhkəməsində həbsdə olan hüquq müdafiəçisi Leyla Yunus və həyat yoldaşı Arif Yunusun şikayətinə baxılacaq.

Bir neçə gün öncə ilkin baxış iclası Leyla Yunusun şikayətin rus dilində olan variantı ilə tanış olmaq istədiyi üçün bu günə təxirə salınmışdı.

Şikayət Bakı Ağır Cinayətlər Məhkəməsinin avqustun 13-də çıxardığı hökmdəndir.

Məhkəmə Leyla Yunusu 8 il yarım, Arif Yunusu isə 7 il azadlıqdan məhrum edib.

Onlar dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılmasında ittiham olunurlar.

Onlara qarşı dövlətə xəyanət ittihamı isə ayrıca icraata götürülüb.

Bir sıra beynəlxalq təşkilatlar Leyla və Arif Yunusun həbsinin siyasi motivli olduğunu deyir və Azərbaycan hakimiyyətini onları azad etməyə çağırırlar.

Azərbaycan hökuməti isə ölkədə siyasi və ya vicdan məhbusu olmadığını deyir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb