Zakir Həsənov Türkiyəyə rəsmi səfərə gedir

11:22 | 21.12.2013
Zakir Həsənov Türkiyəyə rəsmi səfərə gedir

Zakir Həsənov Türkiyəyə rəsmi səfərə gedir

Nazir Türkiyənin Milli müdafiə naziri, Baş Qərargah rəisi və dövlət rəhbərliyi ilə görüşlər keçirəcək

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov gələn həftə Türkiyəyə rəsmi səfərə gedəcək.

 

Bu barədə APA-ya eksklüziv olaraq öz hərbi mənbələrindən məlumat verilib.

 

Dekabrın 24-25-də Ankarada səfərdə olacaq Z. Həsənovun başçılıq etdiyi nümayəndə heyəti Türkiyənin Milli müdafiə naziri İsmət Yılmaz, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Necdət Özəl, həmçinin bu ölkənin dövlət rəhbərliyi ilə görüşlər keçirəcək.

 

Müdafiə naziri səfər çərçivəsində Türkiyə Aviasiya Sənayesi (TAI) və ASELSAN şirkətlərinə də baş çəkəcək.

 

APA

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb