Zakir Həsənovdan möhtəşəm aviaşou

11:15 | 18.12.2013
Zakir Həsənovdan möhtəşəm aviaşou

Zakir Həsənovdan möhtəşəm aviaşou

Azərbaycan Hərbi Hava Qüvvələrinin təyyarə və helikopterləri tərəfindən aviaşou təşkil olunacaq. Müdafiə Nazirliyindən bildirilib ki, Azərbaycanda 2014-cü ilin sentyabr ayında təşkil olunacaq ADEX-2014 beynəlxalq müdafiə sənayesi sərgisinin açılış günü aviaşounun keçirilməsi planlaşdırılır. Azərbaycan Hərbi Hava Qüvvələrinin təyyarə və helikopterləri tərəfindən təşkil olunacaq aviaşou Bakı Expo Mərkəzi və Heydər Əliyev Beynəlxalq Hava Limanı ərazisinin üzərində icra olunacaq.AzVision.az xəbər verir ki, hazırda aviaşou və sərgi çərçivəsində təşkil olunacaq digər maraqlı tədbirlər üzərində işlər aparılır.ADEX-2014 beynəlxalq müdafiə sənayesi sərgisi 2014-cü il sentyabrın 11-13-ü tarixlərində keçiriləcək.Artıq sərgidə 50-dən artıq firmanın iştirakı təsdiqlənib. Bu günədək Türkiyə və Polşa Milli pavilyonla təmsil olunacaqlarını rəsmən təsdiqləyiblər.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM